Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

EkoAvrasiya ilə Manas Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

EkoAvrasiya ilə Manas Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub


Avrasya İqtisadi Əlaqələr Dərnəyinin (EkoAvrasiya) İdarə Heyətinin sədri Hikmət Eren Qırğızıstana səfəri çərçivəsində Qığızıstan-Türkiyə Manas Universitetinin rektoru Alparslan Ceylan ilə görüşüb.

Newscenter-az EkoAvrasiyaya istinadən xəbər verir ki, görüşdə Ankara ilə Bişkek arasında bütün istiqamətlərdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Həmçinin, tərəflər EkoAvrasiya ilə Qırğızıstan-Türkiyə Mans Universitetinin gələcəkdə həyata keçirəcəyi birgə layihələr də müzakirə olunub.

Məlumat üçün qeyd edək ki, Hikmet Eren Türk Dünyası Mühəndislər və Mimarlar Birliyi, EkoAvrasya təşkilatı, Elektrik İstehsalçıları Dərnəyi və Qırğızistan-Türkiyə Manas Üniversitetinin birgə təşkilatçılığı ilə keçirilən ’’Qırğızistanda Enerji Sərmayələri və Əməkdaşlıq Konfransı’’nda iştirak etmək üçün bu plkəyə səfər edib.

S.İsmayılbəyli
Xəbəri paylaş