"Xəzər dənizi İran İslam Respublikasının qonşuluq siyasətində xüsusi əhəmiyyət kəsb edən, sahilyanı ölkələr arasında çoxtərəfli ticarət əlaqələrinin inkişafı üçün sürətləndirici amildir".
Newscenter.az İranın rəsmi agentliyi İRNA-ya istinadən bildirir ki, bu fikirləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian səsləndirib.
Özünün sosial media hesabından yaydığı açıqlamada nazir Əmir Abdullahian deyib ki, bu regionda müxtəlif iqtisadi imkanlara və ekoloji problemlərə baxmayaraq, əməkdaşlıq və kollektiv iştirakın əhəmiyyəti üstündür.
Əmir Abdullahiyan deyib ki, Xəzər dənizi sahilyanı ölkələri arasında çoxtərəfli ticarət əlaqələrinin inkişafı üçün sürətləndirici kimi İran İslam Respublikasının qonşuluq siyasətində xüsusi əhəmiyyət kəsb edir.
Anar TAĞIYEV