Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qətər səfəri başa çatıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyə lideri səfərini başa vuran kimi Hökumət Kabinetinin iclasını keçirməyi nəzərdə tutub. Məlumata görə, sabah prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə hökumət kabinetinin iclası keçiriləcək. İclasda ölkədə və regionda, xüsusilə də Yaxın Şərqdə cərəyan edən proseslər müzakirə ediləcək.
Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğanın Qətərə səfəri çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq sazişi imzalanıb.
Anar TAGİYEV