Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kiçik maqnitudalı zəlzələr ağılasığmaz fəlakətlərin carçısıdır -XƏBƏRDARLIQ

Kiçik maqnitudalı zəlzələr ağılasığmaz fəlakətlərin carçısıdır


Son aylarda respublikamızın müxtəlif bölgələrində kiçik maqnitudalı zəlzələr qeydə alınır. Təkcə son bir ay ərzində İsmayıllı, Mingəçevir, Yevlax, Göygöl və s. rayonlarımızda yeraltı təkanlar hiss edilir. İndi hər kəs təşviş içərisində sual edir ki, xırda təkanlar dağıdıcı zəlzələlərə gətirib çıxara bilərmi?

ADPU-nun Tarix və Coğrafiya fakültəsinin tələbəsi Anar Salehoğlu Newscenter.az-a deyib ki, ara-sıra özünü göstərən və kiçik maqnitudalı zəlzələr ağılasığmaz fəlakətlərin carçısıdır:

"Rəsmi qurumların və araşdırma mərkəzlərinin bu haqda verdikləri açıqlamalar məni qane etmir. Əslində onları başa düşürəm, cəmiyyətdə təşviş yaratmaq, narahatçılığa səbəb olmaq istəmirlər. Lakin insanlar təhlükə ilə üzləşməyə hazır olmalıdırlar. Əks təqdirdə reallaşacaq mənfi auralı hadisələrin qorxunc nəticələri daha da kəskin ola bilər. Seysmik qurşağın üzərində yerləşən ölkənin sakinləri olaraq bütün növ təbii fəlakətləri qabaqcadan hiss etməli, lazımi qabaqlayıcı tədbirləri görməliyik".

Anar Salehoğlu, "Burada həyatımız müzakirə mövzusudur. Buna görə də maksimum diqqətli olmalıyıq. Əks təqdirdə uduzan və zərər çəkən bizlər olacağıq",-deyə vurğulayıb.

Anar Əliyev
Xəbəri paylaş