Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Normal savadlı insana din haqda anlayışlar lazım deyil.

Normal savadlı insana din haqda anlayışlar lazım deyil.


Son illərdə cəmiyyətdə, xüsusilə onun gənc təbəqəsi arasında dini sahədə kifayət qədər maarifləndirmə işləri aparılsa, onların xarici dini qruplaşmaların təsiri altına düşməməsinə yönəlik addımlar atılsa da, lakin hələ də bu problemi tam aradan qaldırmaq mümkün olmur. Bu da bir sıra hallarda xarici dini qruplaşmaların gəncləri maddi yolla öz təsir dairələrinə salması hesabına başa gəlir. Bir çoxları hesab edir ki, məhz maddiyat qeyd edilən problemin aradan qaldırılmasını mümkünsüz edir.

Newscenter.az-ın xəbərinə görə, BAXCP sədrinin müşaviri Azər Qasımov deyir ki, müasir dövrdə dinin təbliğ edilməsinin kökündə yatan məntiq ancaq maddi və siyasi ola bilər. Onun sözlərinə görə, din məğər hansısa məhsuldur ki, onu təbliğ edib, reklam edəsən:

"İnsanların müasir dövrdə təbliğatla dinə gəlməsi prosesi artıq çox əsrlərdir ki, tarixdə qalıb. Müasir insan hansısa dinə ancaq mütaliə və öz təşəbbüsü ilə gəlir. Kimsələrin təbliğatı ilə yox. Dinin təbliğatı ancaq kütlənin dindən uzaqlaşmasının qarşısını almaq üçündür. Kütlə nə qədər çox olarsa, dini məhsulların satılması auditoriyası da bir o qədər çox olur".

Azər Qasımov qeyd edib ki, normal savadlı insana din haqda anlayışlar lazım deyil:

"Çünki onun gündəmi ayrıdır. Amma buna ehtiyac olsa, onda onun üçün bu problem deyil. Lazımı qədər material tapmaq üçün mənbə vardır. Tapar, oxuyar! Orta statistik dindar üçün isə təbliğata ehtiyac yaradırlar. Onun da gündəmi din deyil, amma düşüncə tərzində boşluq olduğu üçün həmin boşluğu doldurmaq üçün din dəllalları bundan istifadə edirlər. Həmin boşluğa müxtəlif xürafat, yalan dolu məlumatları doldurmaqla sonrakı planlarına zəmin hazırlayırlar".

Azər Qasımov onu da vurğulayıb ki, dinin təbliğatından kimsənin həyatının yaxşıya doğru dəyişməsinə şübhə ilə yanaşır:

"Mənəvi eyforiya əldə etmək normal və yaxşıya doğru dəyişiklik deyil. Bu, əslində zombiləşməkdir. Kimsələrin təsiri altına düşmək deməkdir".

Anar Əliyev
Xəbəri paylaş