Qəzza zolağında internet və rabitə xidmətləri tamamilə kəsilib.
Newscenter.az xəbər verir ki, bunu Fələstin rabitə naziri səsləndirib. Belə ki, İsrailin davam edən bombardmanı nəticəsində rabitə şəbəkəsinin mühüm elementlərinin zədələnməsi səbəbindən Qəzza şəhəri və Qəzza zolağının şimalında rabitə xidmətlərinin tamamilə dayandırıldığı açıqlanıb.
Qeyd edək ki, İsrail ordusu oktyabrın 7-dən Qəzzaya hücuma başladığından burada internet və rabitə xidmətləri daha 3 dəfə tamamilə kəsilib.
Anar TAGLYEV