Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qlobal güclər Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqlarla barışa bilmir

Qlobal güclər Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqlarla barışa bilmir


"Qlobal güclər Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqlarla barışa bilmir. Kollektiv Qərb keçmiş Qarabağ münaqişəsində vasitəçi tərəf olsa da, biz heç zaman onlardan səmimi münasibət görmədik".

Newscenter.az xəbər verir ki, bu fikirlıəri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, 44 günlük Vətən Müharibəsinə qədər ölkəmizə müəyyən ərazilərdən imtina etmək çağırışları edilirdi və bunu əksər hallarda Ermənistanın 90-cı illərdəki nisbi qələbəsi ilə əsaslandırırdılar:

"Lakin bu gün də eyni çağırışların və ssenarinin şahidi oluruq. Azərbaycan qalib tərəf olsa da kollektiv Qərbin bir sıra siması İrəvanın deyil, yenədə ölkəmizin hər hansı bir güzəştə getməsini istəyirlər. Bu onların sərgilədiyi destruktiv yanaşmanın göstəricisidir. Təbii ki, Vətən Müharibəsi ilə yanaşı antiterror tədbirləri də, böyük ölçüdə Qərbin planlarını alt-üst etdi. Çünki onlar separatizmi dəstəkməklə Minsk qrupunun 2-ci variantını canlandırmaq istəyirdilər və regiondakı gərgin vəziyyətin davamlılığı üçün çalışırdılar. Bu qlobal rəqabətin bir komponenti fonunda cərayan etməli idi. Lakin bu arzuolunmaz planlar ordumuzun peşəkarlığı, Ali Baş Komandanın liderlik keyfiyyətləri sayəsində fiaskoya uğradı. İndi isə tamamilə fərqli aspektlərdən üzərimizə gəlmək cəhdlərinin şahidi oluruq".

AVP rəsmisi deyib ki, 10 noyabr bəyanatının həll olunmayan məsələlərindən əleyhimizə istifadə olunmağa çalışılır:

"Zəngəzur koridoru və kommunikasiyaların açılması tələbimiz, Qərbdə əsasız şəkildə Ermənistana hücum etmək başlığı altında təqdim olunur. Rəsmi Bakı Zəngəzur dəhlizinə marağının azaldığını bildirsə də, həmin güclər hücum tezisini aktual tutmağa çalışırlar. Məqsəd isə Ermənistanı silahlandırmaq üçün baza formalaşdırmaqdır və bu missiyanı Fransa həyata keçirir. Bu zamana qədər rəsmi Paris özünü müdafiə adı altında İrəvanı " Bastion zirehli maşınları, GM-200 radar sistemləri və Mistral zenit-raket kompleksləri" ilə təmin edib. İndi isə "Sezar" artilleriya sistemlərinin verilməsi gündəmə gətirilir və çox güman ki, bunların da tədarükü yaxın zamanda həyata keçiriləcək. Fransanın Ermənistanı nümayişkəranə şəkildə silahlandırmasının arxasında Ermənistanı qorumaqdan daha çox, birincinin şəxsi maraqları dayanır".

Pərviz Mirizadə, "Makron hökuməti İrəvan üzərində Rusiyanı əvəzləmək niyyətindədir. Hərçənd bu o qədər də, asan proses deyil. Buna görə də özünü erməni cəmiyyətinə təsdiq etməlidir. Bunun da ən asan yolu Azərbaycanla şərti sərhəddə yeni eskalasiyanın olmasından keçir. Proseslərin davamı, yəni, İrəvanın sülh təkliflərinə cavab verməməsi bu fikri əsaslandırır. Ancaq Qərbin regiona olan bütün həmlələri Azərbaycan-Türkiyə müttəfiqliyi qarşısında zəifdir. Həmçinin regionun digər gücləri İran və Rusiya da regiondan kənar qüvvələrin burada ambisiyalarını həyata keçirməsini istəmir. Ermənistan isə hər keçən gün özünü daha böyük çıxmazlara çəkir. Bu onlara yaxşı heç nə vəd etmir",-deyə vurğulayıb.

Anar Əliyev
Xəbəri paylaş