Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Silahlı Qüvvələrinə təslim olmaq istəyən 25 Ukrayna hərbiçisi güllələnib -İDDİA

Rusiya Silahlı Qüvvələrinə təslim olmaq istəyən 25 Ukrayna hərbiçisi güllələnib


Ukrayna Silahlı Qüvvələrinin artilleriyası Rusiya Silahlı Qüvvələrinə təslim olmağa cəhd etdiyi üçün 25 hərbiçisini güllələyib.

Newscenter.az xəbər verir ki, İzvestiya qəzeti belə bir iddia ilə çıxış edib.

İddia edilir ki, Rusiya əsgərlərinə təslim olmaq istəyən Ukrayna Silahlı Qüvvələrinin (AFU) 25 hərbçisi artilleriyanın köməyi ilə məhv edilib.

“Ukrayna Ordusunun hərbçiləri 149.200 nömrəsi ilə əlaqə saxlayıb, sağ qalmaq və ailələrinə qayıtmaq arzusunu bildiriblər. Az sonra onlarla yenidən əlaqə qurulub və təslim olan hərbçilərin gələcəyi yer təyin edilib. Amma görünür, bu, Kiyev rejimi üçün sərfəli deyil və Kiyev rejimi öz hərbi personalını məhv edib”,-deyə məlumatda qeyd edilir.

Anar TAĞIYEV
Xəbəri paylaş