Bir neçə gündür ki, Rusiyada yağan güclü qar və şiddətli şaxtalar Federasiyanın bəzi ucqar bölgələrində həyatı iflic edib.
Newscenter.az izvestiya.ru-ya istinadən bildirir ki, Yakutiyanın (Saxa Respublikası) bir sıra bölgələrində, o cümlədən bölgənin paytaxtında temperatur -50 dərəcəyə düşüb. Rusiya Hidrometeorologiya Mərkəzinin məlumatında qeyd edilir ki, Yakutskda gündüzlər -42, gecələr isə -50-dək şaxta olur.
Şaxtalı havanın fonunda bölgədə hökm sürən qar fırtınası da yerli sakinləri ciddi problemlərlə üzlışdirir.
Anar TAĞIYEV