SSRİ dövründə ermənilərin Azərbaycandakı saxtakarlıqlarını ilk ifşa edən, “60-cılar” adlanan ədəbi nəslin görkəmli nümayəndəsi, dəyərli yazıçımız İsi Məlikzadənin anım günüdür (1934-1995).
Newscenter.az xəbər verir ki, İsi Məlikzadə sovet dövründə erməni xislətini açıq-aşkar yazan ilk yazıçımızdır. O, 1984-cü ildə “Bir göyün altında” hekayəsində yazanda ermənilərin Qarabağ müharibəsi başlamamışdı. Bakıdakı “Dostluq” kinoteatrı İrəvanda qastrol səfərində olanda Aram Turabov azərbaycanlı Xürrəmə “Turab sözü erməni sözüdür. Ermənilər tuf daşdan nəhəng sərdabələr tikəndə heç ərəblərin izi-tozu da yox idi. Ermənilər bu planetin ən qədim millətidir”, - deyir. Azərbaycanlı ona layiqincə cavab verərək yerində oturdur: “Mən tarix elmləri nazmizədiyəm. Belə çıxır ki, Qafqazın tarixini məndən yaxşı bilirsən hə? Tbilisidən biri gəlmişdi bura. Sənin kimi o da çox inad elədi. Axırda o tərsin dizlərini qoydum yerə”.
Qabil İsi Məlikzadəni Azərbaycan ədəbiyyatını “Çexov”u adlandırırdı. Ramiz Rövşən isə deyir ki, əgər İsi Məlikzadə yazıçı olmasaydı belə, onun dediklərindən əla bir kitab hazırlamaq olardı.
Allah dəyərli ziyalımıza rəhmət eləsin.
Anar TAĞIYEV