Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sumqayıtda əlilliyi olan bir qrup şəxslərlə görüş keçirilib

Sumqayıtda əlilliyi olan bir qrup şəxslərlə görüş keçirilib


Ana Vətən Partiyasının Qadınlar Şurası 3 Dekabr Əlillər Günü münasibətilə Sumqayıt şəhərində əlilliyi olan bir qrup şəxslərlə görüş təşkil edib.

Newscenter.az xəbər verir ki, tədbirdə AVP-nin ictimai-siyasi, mədəni həyatında fəallığı ilə seçilən qadınlarla yanaşı, fiziki məhdudiyyətli yaradıcı xanımlar və bəylər də iştirak ediblər.

Əvvəlcə əlillərin əl işlərinə baxış keçirildi, əl işlərinin satışına dəstək göstərildi. Daha sonra Ana Vətən Partiyası sədrinin Humanitar və Kommunikasiya məsələlər üzrə müşaviri, Qadınlar Şurasının sədri Günay Ağamalı bu cür görüşlərin vacibliyindən danışaraq xanımlara AVP sədri, millət vəkili Fəzail Ağamalının salamlarını çatdırdı.

Qadınların cəmiyyətdəki rolundan söhbət açan Günay Ağamalı qadınların ölkənin Birinci - Vitse Prezidenti Mehriban Xanım Əliyevadan ruhlandıqlarını, ondan stimul aldıqlarını önə çəkdi. Bütün dövrlərdə olduğu kimi bu gün də ailə ocağının, ailə dəyərlərinin və ənənələrinin mühafizəçiləri olan xanımlara ən xoş və səmimi diləklərini yetirdi. Müasir dövrdə Azərbaycan xanımlarının ictimai-siyasi proseslərdə fəal olmaqla yanaşı, dövlət qurumlarında da təmsil olunmaqları xanımlara verilən dəyər kimi qiymətləndirildiyindən söz açdı. Bu dəyərin bütün qadınların uğuru olduğunu bildirdi. Günay Ağamalı əlilliyin onlar üçün psixoloji və mənəvi əngəl törətmədiyini xüsusi olaraq önə çəkdi.

Görüşdə AVP Qadınlar Şurasının sədr müavini Səbinə Kərimova və AVP - nin fəalları da iştrak etdilər.


Anar Əliyev
Xəbəri paylaş