Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tələbə yataqxanasında yanğın olub, onlarla tələbə zəhərlənib

Tələbə yataqxanasında yanğın olub, onlarla tələbə zəhərlənib


Türkiyədə tələbə yataqxanasında yanğın olub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Hakkaridə baş verib. Hakkarinin Yüksekova rayonundakı Yenimahalle Anadolu İmam Hatip Liseyinin oğlanlar yataqxanasında baş verən yanğın 15-i tələbə, biri isə müəllim olmaqla 16 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Yanğın 1 saat ərzində yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının elektrik naqilindən baş verən qısqapanmadan meydana çıxdığı ehtimal oolunur və bu istiqamətdə araşdırmalar davam edir.

Anar TAĞIYEV
Xəbəri paylaş