Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tibb müəssisələrində “Könüllü TƏBİB”lər fəaliyyət göstərirlər

Tibb müəssisələrində “Könüllü TƏBİB”lər fəaliyyət göstərirlər


Tibb sahəsində könüllülük fəaliyyətini inkişaf etdirmək, gənclərin erkən əmək fəaliyyətinə cəlb olunması nəticəsində kliniki bacarıqlarının yüksəlməsini təmin etmək, gələcəkdə məzun olacaq tələbələrin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində işləməsinə marağı artırmaq, həmçinin tibb müəssisələrinə öncədən adaptasiyası, icbari tibbi sığorta sistemi və tətbiqini öyrənməkdə kömək göstərmək məqsədilə “Könüllü TƏBİB” layihəsinə start verilib.

Newscenter.az xəbər verir ki, ilkin mərhələdə layihəyə 2 nömrəli Bakı Baza Tibb Kollecinin və Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsi üzrə təhsil alan 80 nəfərə yaxın tələbəsi TƏBİB-in Bakıda yerləşən 10 tabeli müəssisəsi üzrə könüllü fəaliyyətinə qoşulub.

Qeyd edək ki, “Könüllü TƏBİB” layihəsinin davamı olaraq Mingəçevir Tibb Kollecinin tələbələri ilə görüşlərə də start verilib. Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında 2 gün ərzində sözügedən kollecin 350-ə yaxın tələbəsi ilə görüş keçirilib və onlara layihə ilə bağlı ətraflı məlumatlar verilib.

Sona
Xəbəri paylaş