Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xarici siyasətdəki manevrlər respublikamızın haqlı işini müdafiə edən cəbhə formalaşdırdı

Xarici siyasətdəki manevrlər respublikamızın haqlı işini müdafiə edən cəbhə formalaşdırdı


Artıq 2023-cü il başa çatmaq üzrədir. Hər il olduğu kimi, bu il dəbir sıra sahələrdə ölkəmiz üçün uğurlu oldu. Bəs görəsən 2023-cü il xarici siyasət, diplomatiya baxımından nə ilə yadda qaldı?

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə baölı fikirlərini bölüşən politoloq Mütəllim Rəhimli deyib ki, 44 günlük müharibədəki qələbə və 19-20 sentyabrda keçirilən antiterror tədbirlərində qazanılan uğurlar təqdir olunmalıdır. Bu xalqımızın əsl əzmini, iradəsini, döyüş ruhunu və vətənpərvərliyini göstərdi.

O bildirib ki, torpaqlarımızın azad edilməsi və dövlət suverenliyimizin ölkənin bütün ərazisində bərpa edilməsində xarici siyasətin xidmətlərini də nəzərə almamaq mümkün deyil:

"Xarici siyasətdəki manevrlər respublikamızın haqlı işini müdafiə edən cəbhə formalaşdırdı. Bu isə imkan verdi ki, regiona təsirli güclər neytral mövqedə qalsın və yaxud ölkəmizə qarşı beynəlxalq qurumlarda sanksiylar qəbul edilməsinə imkan verməsin".

Anar Əliyev
Xəbəri paylaş