Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

6 milyon dollarlıq oğurluq edən internet flrıldaqçıları saxlanıldı

6 milyon dollarlıq oğurluq edən internet flrıldaqçıları saxlanıldı


Çexiya və Ukraynada 6 milyon dollar oğurlayan internet fırıldaqçıları saxlanılıb.

Newscenter.az izvestiya.ru-ya istinadən bildirir ki, hər iki ölkənin hüquq-mühafizə orqanlarının birgı həyata keçirdiyi əməliyyat nəticəsində fırıldaqçıları saxlamaq mümkün olub. Çexiyanın Terrorizm, Ekstremizm və Kibercinayətkarlıqla Mübarizə üzrə Milli Mərkəzi də faktı təsdiqləyib.

Məlumata görə, cinayətkarlar internetdə saxta ticarət saytları yaradaraq vətəndaşların etibarından su-istifadə edib və onların pulunu mənimsəyiblər.

Axtarışlar zamanı cinayətkar qruplaşmaların üzvlərindən telefonlar, kompüterlər, avtomobillər və nağd pul götürülüb.

Anar TAĞIYEV




Bundan başqa, Çexiyada qruplardan birinə rəhbərlik edən qadın saxlanılıb. Breikhanın qeyd etdiyi kimi, təcavüzkar istintaqla əməkdaşlığa razılaşıb. O, 5,5 il həbs cəzasına, həmçinin 5 milyon kron (təxminən 225 min dollar) məbləğində cəriməyə məhkum edilib.
Xəbəri paylaş