Birləşmiş Ştatlar dünya sularında gəmilərə edilən hücumlara qarşı “Dəniz İşçi Qrupu” yaradır.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, ABŞ Müdafiə Nazirliyi bu barədə məlumat verib. Pentaqon Yəməndəki Husi qüvvələrinin Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarına qarşı beynəlxalq "Dəniz İşçi Qrupu" yaratmaq üçün danışıqlar apardıqlarını açıqlayıb.
Pentaqonun sözçüsü Patrik Rayder, sözügedən işçi qrupu üçün bir çərçivə yaradıldığını və detalların daha sonra açıqlanacağını bildirib. O, 38 ölkədən ibarət bir koalisiya olacağını da diqqətə çatdırıb.
Anar Əliyev