Türkiyənin avtomobil sənayesi keçən ay 3 milyard 172 milyon dollarlıq məhsul ixrac edib.
Newscenter.az Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyinə (OİB) istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 10,4 faiz çoxdur.
Bildirilib ki, avtomobil sənayesinin 2023-cü ilin yanvar-noyabr aylarında xarici satışları 14 faiz artaraq 31 milyard 831 milyon dollara çatıb. Noyabr ayında ən çox ixrac 1 milyard 239 milyon dollarla "təchizat sənayesi" məhsul qrupunda həyata keçirilib..
Türkiyədən bu sahədə ən çox ixrac Almaniya, Böyük Britaniya və Fransaya olub.
Natiq Orucov