Çin dünyanın ilk 4-cü nəsil atom elektrik stansiyasını istifadəyə verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, yüksək temperaturlu qazla soyudulmuş reaktoru olan Shidaowan qurğusu şərq Şandun əyalətində yerləşir. AES 168 saat fasiləsiz sınaq rejimində işləyib və rəsmi olaraq istismara verilib.
Bildirilir ki, stansiyanın ən mühüm üstünlüyü onun elektrik enerjisi istehsalı sahəsində təhlükəsizliyidir və buna görə də belə atom elektrik stansiyalarının geniş perspektivlərinin olduğu bildirilir.
Anar TAĞIYEV