Türkiyə daha 68 vətəndaşını Qəzzadan təxliyə edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, türk vətəndaşlar Misir vasitəsilə İstanbula gəliblər. Türk vətəndaşlar İstanbula Qahirə hava limanından Türk Hava Yollarının təyyarəsi ilə gətirilib.
Vətəndaşları hava limanında Xarici İşlər Nazirliyinin nümayəndələri və AFAD rəsmiləri qarşılayıblar.
Pasport nəzarətindən sonra vətəndaşlar nəqliyyat vasitəsi və avtobusla AFAD tərəfindən müəyyən edilmiş otellərə yerləşdirilib.
Anar Əliyev