Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İqtisadiyyatın real sektorunda və onun ayrı – ayrı sahələrində yetərincə artımlar qeydə alınıb

İqtisadiyyatın real sektorunda və onun ayrı – ayrı sahələrində yetərincə artımlar qeydə alınıb


"Bütövlükdə iqtisadiyyatda bu il baş verən prosseslər müsbət dəyərləndirilməlidir. On ayın yekunlarına görə Ümumi Daxili Məhsulun həcmində ciddi artımlar qeydə alınmasa da bu vəziyyətin əsaslandırılmış izahı var. Ölkə iqtisadiyyatının böyük bir hissəsi neftlə bağlıdır. Ölkəmizdə neft hasilatı isə aşağı düşür".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov cari ilin sosial-iqtisadi göstəricilərini dəyərləndirərkən səsləndirib. O bildirib ki, rəsmi statistikanın məlumatlarına görə cari ilin son on ayında iqtisadiyyatın real sektorunda və onun ayrı – ayrı sahələrində yetərincə artımlar qeydə alınıb:

"Bu da onu deməyə əsas verir ki, neft xaric, iqtisadiyyatımızın digər sahələri normal inkişaf edir".

Fikrət Yusifov qeyd edib ki, son illərdə bütün dünya ölkələrində olduğu kimi beynəlxalq iqtisadi müstəvidə baş vermis təlatümlər Azərbaycan iqtisadiyyatından da yan keçməyib:

"Təməli 2007-2008 – ci illərdə qoyulmuş qlobal iqtisadi və maliyyə böhranı, bu günə qədər bu və ya digər formada davam edir. 2014-cü ildə dünya bazarlarında neftin qiymətlərinin kəskin aşağ düşməsi səbəbindən yaşanan milli valyutamızın kəskin devalvasiyası, bundan sonrakı dönəmdə pandemiyanın yaratdığı problemlər iqtisadiyyatımızın hələ də əvvəlki axarına gəlib çatmasına imkan verməyib. Ancaq aparılan islahatlar ölkə iqtisadiyyatının real sektorunun getdikcə daha böyük sürət yığmasına şərait yaradır".

Fikrət Yusifovun qənaətincə, son illər ərzində aparılan islahatların nəticəsidir ki, indi Azərbaycanın qeyri-neft sektorundan ixracının həcmi sürətlə artaraq 3 milyard dollar səviyyəsini ötüb:

"Neft erası bütün dünyada süquta doğru gedir. Bu da təbidir. Alternativ enerji mənbələri sürətlə inkişaf edir. Və bu fonda Azərbaycan hökumətinin ölkə iqtisadiyyatının real sektorunun inkişafı istiqamətindəki səyləri yüksək dəyərləndirilməlidi. Bu sırada hökumətin yaşıl enerji siyasəti xüsusi diqətə layiqdir. Bu seçimimiz əsas verir deyək ki, bizim iqtisadi və enerji strategiyamız düzgündür və uzağa hesablanıb".

S.İsmayılbəyli
Xəbəri paylaş