Adətən hansısa maliyyə və digər böhranlar meydana çıxan zaman bu və ya digər müəssisə, şirkət öz işçilərini ixtisar edir. Bir sıra hallarda ixtisarlar zamanı bir vacib detal nəzərdən qaçır. Belə ki, ixtisarlar zamanı kimləri, hansı kateqoriyadan olan şıəxsləri işdə saxlamağın vacib olduğu unudulur. Bu ya məlumatsızlıqdan, ya da müəssisə rəhbərliyinin vəzifə səlahiyyətlərini aşmasından irəli gəlir. Bəs işçilərin ixtisarı zamanı işdə saxlanması üstünlüyü olan şəxslər kimlərdir?
Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Vəfa Qədirova deyur ki, şəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda əsasən, şəhid ailəsinin üzvlərinə, müharibə iştirakçılarına, əsgər və zabitlərin arvadına (ərinə) üstünlük verməlidir:
"Bundan başqa öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlar, həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslər, məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslər, kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslər işçilərin ixtisarı zamanı işdə saxlanmasına üstünlük veriləın şəxslər sırasındadır".
İnqilab Süleymanov