Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kiyev: "Rusiyanın 41 PUA və bir SU-24 təyyarəsi vurulub

Kiyev: "Rusiyanın 41 PUA və bir SU-24 təyyarəsi vurulub


Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus 41 PUA və bir ədəd Su-24M təyyarəsini məhv edib.

Newscenter.az-ın məlumatına görə. Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı bu barədə məlumat yayıb. Bildirilib ki, bu gecə Rusiya ordusu Krım və Kursk istiqamətindən PUA-larla Ukrayna ərazisinə hücuma keçib.

Hücumda Rusiya 48 PUA-dan istifadə edib, Ukrayna hava hücumundan müdafiə qüvvələrinin həyata keçirdiyi döyüş əməliyyatları nəticəsində 41 PUA məhv edilib.

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşuk sosial media hesabındakı paylaşımında qeyd edib ki, Odessa vilayətinin cənubuna raket və bombalı hücum təşkil etməyə çalışan Rusiyaya məxsus Su-24M təyyarəsi Qara dənizdəki İlan adası yaxınlığında vurulub.

Anar TAĞIYEV
Xəbəri paylaş