Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Newscenter-az-a bildirilib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsinin əsas vəzifəsi yaşayış məntəqələrini, kənd təsərrüfatı və xalq təsərrüfatı obyektlərini çaylarda baş verən daşqın və sel sularının zərərli təsirlərindən qorumaqdan ibarətdir. Hazırda idarə tərəfindən genişmiqyaslı işlər Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində aparılır. Burada çayın sahili daş-betonla bərkidilir. Bu üsul sahil bərkitmə işlərində ən effektiv üsullardan sayılır.
İdarənin balansında 1491 km-dən artıq mühafizə bəndi var. Ondan 936 km Kür çayında, 134 km-i Araz çayında, 421 km-i isə dağ çayları və göllərin mühafizə bəndləridir. Mühafizə bəndlərində 137 hidrotexniki qurğu mövcuddur. İdarə tərəfindən Kür çayında görülən genişmiqyaslı tədbirlər çərçivəsində təhlükənin qarşısı alınır. Çayda sahilyuma prosesləri nəticəsində yaranmış təhlükəli vəziyyət aradan qaldırılır ki, bu da həmin ərazidə yaşayan sakinlər tərəfindən müsbət qarşılanır.
Neftçala rayonunda görülən işlərin yerinə yetirilməsində onlarla ekskovator və özü boşaldan texnikalardan istifadə edilib. İşlər yüksək keyfiyyətlə, dəqiqliklə və plana uyğun olaraq həyata keçirilir. Sayil boyu döşənən daş öncə uzaq məsafədən həmin əraziyə gətirilir. Daha sonra boşaldıldıqdan sonra ekskavator tərəfindən Kür çayının sahilinə düzülür.
Hazırda idarə tərəfindən Kür çayının keçdiyi Zərdab, Sabirabad və Salyan rayonlarında da daş-betonla sahilbərkitmə işlərinə başlanılıb. Qeyd edək ki, idarə respublikanın 12 rayonunda, xidməti ərazisinə daxil olan Qazax, Zərdab, Ucar, Ağcabədi, Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında əhalini, yaşayış məntəqələrini və kənd təsərrüfatı obyektlərinin sel sularından qorumaq üçün fəaliyyətini davam etdirir.
Sona