Qəzzada hələ də 138 girov saxlanılır.
Newscenter.az TASS-a istinadən bildirir ki, İsrail Ordusu belə bir iddia ilə çıxış edib. Bildirilib ki, Qəzzadakı girovların 20-si qadın və uşaqdır.
İsrail Silahlı Qüvvələrinin nümayəndəsi Daniel Həqari deyib ki, Fələstin tərəfi girovların dəyişdirilməsi ilə bağlı əldə edilən razılaşmaya tam əməl etməyib.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS-ın hərbi qanadının Təl-Əvivə raket hücumundan sonra İsrail Qəzaaya qarşı genişmiqyaslı əməliyyatlara başlayıb.
Anar TAĞIYEV