Rusiyalı komediya ustaları Vladimir Kuznetsov və Aleksey Stolyarov Almaniyanın iqtisadiyyat naziri Robert Habeckə telefon zarafatı ediblər.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, rus aktyorlar alman nazirə özlərini Afrika İttifaqının nümayəndəsi kimi təqdim ediblər.
Telefon danışığı zamanı, Rusiyanın hücumlarına baxmayaraq Ukraynanın taxıl ixracatına kömək edilməsi lazım olduğunu deyən Habeck, "Bizim çalışdığımız buğdanı müxtəlif vasitələrlə Ukraynadan çıxarmaqdır. Dəmir yolu əlaqəsi qurduq. Rumıniya limanını birləşdirdik. Amma təbii ki, bu problem hələ də qalır. Bu, çox ciddi problemdir. Putin də bunu bilir. Məncə, o, dünyanı və Afrikanı girov götürmək istəyir",-deyə söyləyib.
Belə bir görüşün keçirildiyini Almaniyanın İqtisadiyyat Nazirliyi təsdiqləyib.
Anar TAĞIYEV