Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tərtər məktəbində dövlət vəsaitinin mənimsənilməsi faktı aşkarlanıb, cinayət işi başlanıb

Tərtər məktəbində dövlət vəsaitinin mənimsənilməsi faktı aşkarlanıb, cinayət işi başlanıb


Tərtər məktəbində dövlət vəsaitinin mənimsənilməsi aşkarlanıb, cinayət işi başlanıb.

Bu barədə Newscenter.az-a Tərtər Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, rayonun D.Əzizov adına Şıxarx 1 nömrəli kənd tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində fərdi təhsilə cəlb olunmuş şagirdlərə tədris olunmayan fənlərə görə əməkhaqqı ödənilməsi və digər qanunsuz yollarla xeyli miqdarda dövlət vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tərtər Rayon Prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Mehman Mehdiyev
Xəbəri paylaş