Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“The Washington Post” qəzeti ABŞ-da müəyyən siyasi–maliyyə dairələrinin ruporuna çevrilib

“The Washington Post” qəzeti ABŞ-da müəyyən siyasi–maliyyə dairələrinin ruporuna çevrilib


"ABŞ-nin “The Washington Post” qəzeti ilk dəfə deyil ki, Azərbaycana qarşı əsassız iddilarla dolu məqalə dərc edir. Bu qəzet Demokratlar Partiyasına yaxınlığı ilə seçilir və öz yazılarında da obyektivlikdən uzaq mövqe sərgiləməsi artıq onlar üçün bir ənənəyə çevrilib. Faktiki olaraq bu qazet hazırda ABŞ-da müəyyən siyasi – maliyyə dairələrinin ruporuna çevrilib və sifarişli yazılar dərc etməklə məşğuldur".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Yusif Bağırzadə səsləndirib. Onun sözlərinə görə, qəzetin xüsusilə də son illərdəki fəaliyyətinə nəzər salsaq görərik ki, onların əsas siyasəti istər ABŞ daxilində, istərsə də dünyanın fərqli ölkələrindəki siyasətçiləri və hökumətləri hədəfə almaqdan ibarətdir:

"Bu baxımdan, indiki qərəz dolu yazı da sponsorların tapşırığı əsasında yazılmış yazıdır və obyektivlikdən uzadır. Bayaq da qeyd etdiym kimi bu ilk hal deyil. “The Washington Post” qəzeti müntəzəm olaraq öz məqalələrində Azərbaycanı hədəfə alır, ölkəmiz haqda mənfi imic formalaşdırır, öz beynəlxalq hüquqla tanınan ərazilərini bərpa etmiş Azərbaycanı militarist ölkə kimi təqdim edir. Qəzet uzun illər ərzində öz məqalələrində Qarabağı “mübahisəli ərazi” kimi təqdim edib və indi də bu cür mövqeni davam etdirir".

Politoloq deyib ki, təkcə, 2023-cü ildə qəzetdə Azərbaycanla bağlı 5 məqalə dərc edilib və bu yazılarda əsasən Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi yolunda atdığı addımlar, antiterror tədbirləri və s. hədəfə alınıb:

"Son məqalə bir daha onu sübut edir ki, ABŞ-dakı bəzi dairələr Azərbaycanda qurduqları, maliyyələşdirdikləri, dövlətə və xalqa qarşı istifadə etdikləri şəbəkənin ifşa olunmasından narahatdırlar. Azərbaycanın həyata keçirdiyi müstəqil siyasəti həzm edə bilməyən dairələrin apardıqları bu cür çirkin kampaniya birmənalı olaraq təzyiq vasitəsi hesab oluna bilər. Amma ölkəmizin bu cür təzyiqlərə boyun əyməyəcəyi də şübhəsizdir.

Son olaraq onu da qeyd edim ki, öz çirkin və saxta ittihamları ilə təkcə ayrı-ayrı dövlətlərlə deyil elə ABŞ-ın özündə də hər keçən gün nüfuzunu itirməkdə davam edən “The Washington Post” qəzetinin 2023-cü ili 100 milyon dollar zərərlə başa vuracağı gözlənilir".

Anar Əliyev
Xəbəri paylaş