"Türk Dünyası Hüquqşünaslar Birliyi yaradılmalıdır".
Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, belə bir açıqlama ilə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç çıxış edib.
Nazir, "Türk Dünyası Hüquqşünaslar Birliyinin yaradılması üçün lazımi addımların atılmasının faydalı olacağını bildirmək istəyirəm", -deyə vurğulayıb.
Türkiyənin strateji bir coğrafiyada yerləşdiyini vurğulayan Tunç, Ankaranın xüsusilə son 21 ildə həyata keçirdiyi fəal xarici siyasətlə regional və qlobal arenada mühüm rol oynadığını qeyd edib. Nazir, "Dünyada ədaləti və insan haqlarını müdafiə edən bir siyasət yürütməyə davam edəcəyik",-deyə bildirib.
Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin əməkdaşlıq sahələrindən birinin də ədalət mühakiməsi olduğunu deyən Tunç, əvvəllər Türk Dünyası Notariat Birliyinin, Türkiyə Ədliyyə Təhsil Şəbəkəsinin və Türk Universitetlər Dərnəyinin yaradıldığını, 2-ci Respublika Baş Prokurorları Şurasının qurulduğunu bildirib:
"Önümüzdəki dövrdə məhkəmə sisteminin qurucu ünsürlərindən biri olan hüquqşünaslarımızın hüquqlarını müdafiə etmələrini təmin etmək üçün Türk Dünyası Hüquqşünaslar Birliyinin yaradılması istiqamətində lazımi addımların atılması faydalı olar".
Anar TAĞIYEV