Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhəri haqqında Vikipediayanın özbək dilli seqmentində bölmələr hazırlanıb.

Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhəri haqqında Vikipediayanın özbək dilli seqmentində bölmələr hazırlanıb.



Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək seqmenti üzrə “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycana dair məqalələrin yaradılması istiqamətində işlər davam edir.

Newscenter.az
xəbər verir ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY tərəfindən 2023-cü ildə Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzinin Viki-könülləri tərəfindən özbək seqmenti üzrə “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Şuşa şəhərində yerləşən tarixi abidələr, memarlıq nümunələri, tanınmış şuşalıların ev muzeyləri haqqında yeni bölmələr istifadəyə verilmişdir.

Onlardan “Qarabağ Xan sarayı”, “Qaraböyük xanım sarayı”, “Hacı Quluların mülkü”, “Mehmandarovların evi”, “Zöhrabbəyovun evi” adlı bölmələr yer alıb.

Yeni yaradılmış “Qarabağ xan sarayı” və “Qaraböyük xanım sarayı” bölmələrində qeyd olunub ki, Şuşa qalası ərazisində bir neçə sarayın olması haqqında məlumat verilsə də, onlardan yalnız ikisi Pənahəli xan sarayı və Qaraböyük xanım sarayı dövrümüzə qədər gəlib çatmışdır. Vikiməqalənin "Tarix" alt bölməsində qeyd olunur ki, orta əsrlərə aid feodal dövrünün demək olar ki, bütün şəhərləri şəhər daxilində, qorunan yüksəkliklərdə tikilmiş istehkam qalalarının olması ilə xarakterizə olunurdu. Bu qalalarda isə hökmdara xidmət etmək və onun təhlükəsizliyini təmin etmək üçün nəzərdə tutulmuş saray kompleksi, istehkamlar və digər tikililər yerləşirdi. Şuşa qalasında qala memarlığının özünəməxsusluğu səyyahların və şəhər qonaqlarının diqqətini cəlb etmiş, mənbələrdə bununla bağlı onlara məlumatların da yer alması ayrıca qeyd olunur.

“Hacı Quluların mülkü” adlı yaradılmış məqalədə 1849-cu ildə tikilmiş tarixi-memarlıq tikilisindən bəhs olunur. Qeyd olunur ki, Hacı qulu Sarayı kimi tanınan mülk öz memarlıq üslubu və milli koloriti ilə seçilir.

“Mehmandarovların evi”, “Zöhrabbəyovun evi”nə həsr olunmuş məqalələrdə XVIII əsr Azərbaycan memarlığının ən maraqlı və gözəl nümunələrindən biri olan və Şuşada yerləşən saray tipli tarixi yaşayış kompleksləri haqqında məlumat verilir. Qeyd olunur ki, sözügedən binaların interyerləri Şəki Xan Sarayının divar rəsmlərinə bənzəyən rəsmlərlə bəzədilib.

Yaradılmış məqalələrdə vurğulanır ki, bu abidələrin əksəriyyəti Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 30 illik işğalı nəticəsində dağıdılıb, bəzilərindən isə yalnız divarlar qalıb.

Məqalədə diqqətə çatdırılır ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal olunmuş torpaqlarını azad etmiş və hazırda Azərbaycan dövləti tərəfindən bu ərazilərdə abadlaşma işləri aparılır, Heydər Əliyev Fondu bu abidələrin bərpasını həyata keçirir.

Wikipedia" Elektron Ensiklopediyasında yaradılmış sözügedən məqalələrlə aşağıda qeyd olunmuş linklər vasitəsilə tanış olmaq olar.

• https://uz.wikipedia.org/wiki/Qorabog%CA%BB_xonining_saroyi
• https://uz.wikipedia.org/wiki/Qorabuyuk_xonim_saroyi
• https://uz.wikipedia.org/wiki/Mehmandarovlar_uyi
• https://uz.wikipedia.org/wiki/Hoji_Gulu_naslining_mulki
• https://uz.wikipedia.org/wiki/Zohrabbekovning_uyi
Xəbəri paylaş