Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Washington Post" Ermənistanı dəstəkləmək xəttini tutub

"Washington Post" Ermənistanı dəstəkləmək xəttini tutub


"Washington Post davamlı şəkildə Ermənistanı dəstəkləmək xəttini tutub və Azərbaycana qarşı iftira dolu yazılarla çıxış edir. Bunun səbəbi hər zaman olduğu kimi ermənilərin sifarişli yazılarından qaynaqlanır, bu xətti bu mətbu orqan da davam etdirir".

Newscenter,az xəbər verir ki, bu fikirləri politoloq Vüqar Əhmədov səsləndirib. O təəssüf hissi ilə qeyd edib ki, sözügedən qəzetdə Qarabağ məsələsi ilə bağlı ədalətli mövqenin şahidi olmadıq:

"Ümumiyyətlə Azərbaycanın son illər öz mövqelərini qətiyyətli şəkildə müdafiə etməsi ABŞ-ın Azərbaycan mediasını anti-Azərbaycan dalğasına keçirib. Onlar məqsədli şəkildə Azərbaycanda qərəzli şəxsləri maliyyələşdirərək sonradan guya söz azadlığının olmamasını bəhanə gətirir və belə ikili ədalətsiz rəylərlə çıxış edir. Görünür ki, bununla hansısa vasitələrlə Azərbaycana təzyiq etmək istəyirlər".

Anar Əliyev
Xəbəri paylaş