Vaşinqton və Kiyev birgə silah istehsalı barədə razılığa gəliblər.
Newscenter.az izvestiya.ru-ya istinadən bildirir ki, ABŞ və Ukrayna nümayəndələri müəyyən silah növlərinin birgə istehsalı və texniki məlumatların mübadiləsi barədə razılıq əldə edib. Sözügedən razılaşma barədə məlumat Pentaqon tərəfindən də təsdiq edilib.
Birləşmiş Ştatların Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Amerika və Ukrayna rəsmiləri Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını təcili şəkildə ödəmək üçün kritik silahların birgə istehsalı və ölkələr arasında prioritet texniki məlumat mübadiləsi ilə bağlı niyyət bəyanatı imzalayıblar.
Anar TAĞIYEV