Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu qərar regiondakı vəziyyətlə bağlı ola bilər

Bu qərar regiondakı vəziyyətlə bağlı ola bilər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı cəmiyyətdə geniş müzakirə mövzusuna çevrilib. Sözügedən qərarın hansı səbəbdən və zərurətdən verilməsi ilə bağlı müxtəlif versiyalar səslənir

Newscenter.az-ın xəbərinə görə, siyasi ekspert Əliabbas Məhərrəmli dövlət başçısının məlum sərəncamını “siyasi zəlzələ” effekti kimi xarakterizə edib. O bildirib ki, ölkədə 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkilərinin kecirilməsi haqqında sərəncam verildi:

"Mətbuatda, siyasi kluarlarda bu barədə söhbətlər gəzsə də, prezident yox, əksinə, parlament seçkiləri və referendumun keçiriləcəyi gözlənilirdi. Təbii ki, bu qərar gözlənilməz oldu. 2024 cü ilin yazında bələdiyyə, 2025-ci ilin fevralında parlament seçkilərinin vaxtı olduğundan, 2025-ci ilin aprelində keçirilməli olan prezident seçkilərini ertələmək qərarı verilib".

Ekspert deyib ki, bu qərar regiondakı vəziyyət və başqa səbəblərlə də bağlı ola bilər.

Anar Əliyev
Xəbəri paylaş