Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan səfərini başa vuraraq vətənə qayıdıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyə liderini Afina beynəlxalq hava limanından Yunanıstanın xarici işlər naziri Yorgos Yerapetritis və Türkiyənin Yunanıstandakı səfiri Çağatay Erciyez yola salıb. Qeyd edək ki, Türkiyənin Yunanıstandakı səfiri Çağatay Erciyez də prezident Ərdoğanın təyyarəsi ilə Türkiyəyə qayıdıb.
Məlumat üçün qeyd edək ki, Ərdoğan Yunanıstana səfəri çərçivəsində bu ölkənin preizdnti və baş naziri ilə görüşüb, Afina ilə Ankara arasında əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Anar TAĞIYEV