Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kahramanmaraşda zəlzələ oldu

Kahramanmaraşda zəlzələ oldu


Bu il fevral ayının 6-da Kahramanmaraş başda olmaqla Türkiyənin 10-a yaxın vilayətində baş verən dağıdıcı zəlzələdən sonra bölgədə yeraltı təkanlar müntəzəm olaraq hiss edilir.

Newscenter.az Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyinə (AFAD) istinadən verdiyi xəbərə görə, Kahramanmaraşda növbəti dəfə zəlzələ baş verib.

AFAD-ın məlumatına görə, yeraltı təkanlar Kahramanmaraşın Nurhak qəsəbəsində 3,2 bal gücündə qeydə alınıb. Zəlzələ yerin 7 kilometr dərinliyində olub.

Anar TAĞIYEV
Xəbəri paylaş