Kanada Rusiyadan almaz idxalına yeni məhdudiyyətlər qoyur.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu qərar Rusiya Federasiyasının ölkə ərazisində hasil edilən, emal olunan və ya istehsal edilən qeyri-sənaye məhsullarının, əsasən də almazlarının ixracından əldə etdiyi gəliri azaltmaq məqsədilə qəbul edilib.
Kanada hökumətinin saytında məlum qərarla bağlı bunlar qeyd edilir:
"Rəsmi Ottava Rusiyada hasil edilən, emal edilən və ya istehsal olunan qeyri-sənaye almazlarının ixracından əldə etdiyi gəliri azaltmaq üçün rus almazlarının və digər zinət əşyalarının idxalına yeni məhdudiyyətlər tətbiq edir".
Məlumat üçün bildirək ki. G7 ölkələri 2024-cü il yanvarın 1-dən Rusiyada hasil edilən və ya emal edilən almazların idxalına məhdudiyyətlər tətbiq edəcək. Martın 1-dən isə digər ölkələrdə emal edilmiş Rusiya almazlarına məhdudiyyətlər qüvvəyə minməlidir.
Anar TAĞIYEV