Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qurban Yetirmişlinin reallıqları ört-basdır etməkdə məqsədi nədir?

Qurban Yetirmişlinin reallıqları ört-basdır etməkdə məqsədi nədir?


Səhər saatlarında Xəzər Dənizinin Azərbaycan sektorunda 5.6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Bakıda hiss olunub və insanlarda təşviş yaradıb. Dağıntılar və tələfat qeydə alınmayıb. Ancaq zəlzələnin növbəti dalğalarının hansı gücdə olacağı bizə məlum deyil.

Newscenter.az-ın xəbərinə görə, ADPU-nun Tarix və Coğrafiya fakültəsinin tələbəsi Anar Salehoğlu deyib ki, Azərbaycan Alp-Himalay seysmik qurşağı üzərində yerləşdiyinə görə daha güclü və dağıdıcı zəlzələrin baş verməsi mümkündür:

"Bu gün baş verən zəlzələ həyəcan təbili ola bilər".

Anar Salehoğlu qeyd edib ki, lakin Respublika Seysmoloji Xidmətin baş direktoru Qurban Yetirmişli əvvəlki dövrlərdə olduğu kimi bu zəlzələnin də təhlükəsiz olduğunu, daha güclü təkanların baş vermə ehtimalının olmadığını bildirib:

"Xəzərin Azərbaycan sektorundakı təkanlar nəinki Azərbaycanda hətta Qazaxıstanda da hiss olunub. Xəritəyə nəzər saldıqda zəlzələ episentrinin Abşeron yarımadasına çox yaxın olduğunu görmək mümkündür".

"Vətəndaşlara reallıqları çatdırmaq mütləqdir. Çünki, hər bir insan təhlükəli təbiət hadisələri barədə məlumatlı olmalıdır. Təbii fəlakətlərin baş vermə ehtimalı, onların ölkəmiz üçün hasil edə biləcəyi nəticələr haqqında əsaslı fikirlər cəmiyyətə bəyan edilməlidir. Təəssüf ki, Qurban Yetirmişli reallıqları dilinə gətirmir və əksinə "heç bir problem yoxdur" deyib proseslərin üzərindən keçir",-deyə o, bildirib.

Anar Salehoğlu hesab edir ki, Türkiyədə ötən il və bu il baş vermiş yüksək maqnitudalı zəlzələrdən nəticə çıxarmalıyıq:

"Bu bizim özümüz, gələcəyimiz, varlığımız üçün vacibdir. Eyni seysmik qurşaq üzərində yerləşən ölkələrdə tektonik hadisələr oxşar xüsusiyyətlərə malikdir. Azərbaycan Alp-Himalay geosinklinal qurşağın bir parçasıdır. Bu isə bir reallığı hasil edir: Respublikamız aktiv tektonik proseslərin mərkəzindədir. Biz hər an bütün növ təhlükələrlə üz-üzə qala bilərik!".

Anar Əliyev
Xəbəri paylaş