Cari ilin 10 ayı ərzində Rusiya Federasiyası ilə Çin arasında ticarət dövriyyəsi tarixi rekorda çatıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, qeyd edilən müddətdə iki ölkə arasında ticarət dövriyyəsi 218,17 milyard dollar təşkil edib.
Bu göstərici Moskva ilə Pekin arasında keçən il qeydə alınmış ticarət dövriyyəsindən 26,7% çoxdur. Bu ilin 11 ayında Çindən Rusiya Federasiyasına ixrac 50,2% artaraq 100,33 milyard dollara yaxın, Rusiyadan mal və xidmətlərin idxalı isə 11,8% artaraq 117,84 milyard dollara çatıb.
Natiq Orucov