Türk Hava Yolları (THY) tərəfindən bu ilin noyabr ayında 6 milyon sərnişin daşınıb.
Newscenter.az şirkətə istinadən bildirir ki, bu göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 4,1 faiz artım deməkdir.
2022-ci ilin noyabr ayında THY-nin beynəlxalq-transfer səfərləri nəticəsində sərnişin sayı 2 milyon nəfər olduğu halda, 2023-cü ilin eyni dövründə bu göstərici 11,2 faiz artaraq 2,2 milyona çatıb.
THY-nin yük və poçt daşıma həcmi 2022-ci ilin noyabr ayında 138,3 min ton olduğu halda, 2023-cü ildə bu sahədə artım qeydə alınıb. Belə ki, keçən ay poçt və yük daşımalar 11 faiz artaraq 153,5 min tona çatıb.
Anar TAĞIYEV