Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Hava Yollarının sərnişin sayı artdı

Türk Hava Yollarının sərnişin sayı artdı


Türk Hava Yolları (THY) sərnişindaşımada yeniliyə imza atıb.

Newscenter.az şirkətə istinadən bildirir ki, bu ilin 11 ayı ərzində THY ilə daşınan sərnişin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz artaraq 77,3 milyona çatıb.

THY-nin verdiyi açıqlamaya görə, 2022-ci ilin 11 ayında beynəlxalq miqyaslı daşınan sərnişinlərin sayı 21,2 milyon nəfər olduğu halda, 2023-cü ilin eyni dövründə bu rəqəm 27,9 faiz artaraq 27,2 milyona çatıb.

Lakin THY-nin cari ilin 11 ayında daşımış olduğu poçt və yükün həcmi isə keçən ilin eyni dövrü ilə mqayisədə azalıb. Belə ki, 2022-ci ilin yanvar-noyabr dövründə şirkətin daşıdığı ümumi yük və poçtun həcmi 1,54 milyon ton təşkil edibsə, 2023-cü ildə bu göstərici 2,8 azalaraq 1,50 milyon ton olub.


Anar TAĞIYEV
Xəbəri paylaş