Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə ağır qəza, yaralılar var

Türkiyədə ağır qəza, yaralılar var


Türkiyədə ağır yol qəza hadisəsi baş verib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Hatayın Erzin qəsəbəsində qeydə alınıb. Məlumata görə, yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Mikroavtobus Hataydakı tekstil fabrikinin işçilərini daşıyırmış. Hadisədən dərhal sonra əraziyə xilasedicilər və təcili tibbi yardım briqadası gəlib. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş