Türkiyənin hamsi ixracatı bu ilin 11 ayı ərzində 20 faiz artaraq 12 milyon 202 min 980 dollara çatıb.
Newscenter.az Şərq Qaradəniz İxracatçılar Birliyinə istinadən xəbər verir ki, bu ilin 11 ayında Türkiyədən 2 min 479 ton hamsi ixrac edilib.
Sözügedən xarici satışlardan 12 milyon 202 min 980 dollar gəlir əldə olunub.
Bu dövrdə hamsinin 25 ölkədə alıcı tapdığı vurğulanıb. Fransa, Belçika və Almaniya ən çox ixracat edilən 3 ölkə olub.
Natiq Orucov