Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edib

Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edib


Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Quba Rayon Polis Şöbəsində vətəndaşları qəbul edib.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Nazir əvvəlcə Quba rayonundakı ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Sonra Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı şəhər və rayonlarından qəbula gələn 93 vətəndaşın müraciətini dinləyib və onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. 37 Vətən müharibəsi iştirakçısının da qatıldığı sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 133 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş