Bir neçə gündən sonra ümummilli lider Heydər Əliyevin vəfatının 20 ili tamam olur. Aradan 20 keçməsinə baxmayaraq bu gün də qədirbilən xalqımız Heydər Əliyevin ruhuna yüksək ehtiram nümayiş etdirir, onun əziz xatirəsini ən yüksək səviyyədə yad edir. Elə Bakı Şəhər Gənclər və İdman İbarəsinin Səbail rayon üzrə müdiri Rüfət Əhmədov da bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, Rüfət Əhmədov bildirib ki, 12 dekabr Azərbaycan xalqının Ümummilli Lideri, böyük dövlət xadimi Heydər Əliyevin anım günüdür. Onun sözlərinə görə, xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla və minnətdarlıqla yad edir:
"İnkaredilməz reallıqdır ki, Ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir".
O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri qeydə alındı:
"Bütövlükdə, 1969-cu ildən başlayan böyük inkişaf və rifah yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu".
Anar Əliyev