Türkiyə Respublikası Mərkəzi Bankı tərəfindən yeni 200-lük əskinaslar dövriyyəyə buraxılıb.
Newscenter.az Türkiyə Mərkəzi Bankına istinadən bildirir ki, yeni əskinaslar bu gündən dövriyyədə olacaq.
Yeni 200-lük əskinasların üzərindəki imzalar bankın prezidenti Hafize Gaye Erkan və onun vitse-prezident Dr. Osman Cevdet Akçaya məxsusdur.
Sözügedən pul nişanları ölçülərinə, üz və tərs tərkibinə, üzərindəki imzalar istisna olmaqla, ümumi keyfiyyətinə və görünüşünə görə əvvəlki buraxılışlarla tam eyni olacaq.
Natiq Orucov