Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəlzələdən sonra qatarların hərəkəti qrafik üzrə tam bərpa olunub

Zəlzələdən sonra qatarların hərəkəti qrafik üzrə tam bərpa olunub



7 dekabr saat 08:15 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra ADY-nin ərazisindəki infrastruktur obyektlərinə texniki baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılıb.

Newscenter.az “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən bildirir ki, aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ciddi ziyan dəymədiyi məlum olub.

Yük və sərnişin qatarlarının hərəkəti normal rejim üzrə tam bərpa olunub.

R.Mehdiyeva
Xəbəri paylaş