Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəlzələdən sonra qatarların sürəti aşağı endirilib

Zəlzələdən sonra qatarların sürəti aşağı endirilib


7 dekabr tarixində səhər saatlarında Azərbaycan ərazisində baş vermiş 5.0 bal zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır.

Newscenter-az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən bildirir ki, yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər.

R.Mehdiyeva
Xəbəri paylaş