Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəlzələdən sonra risqli binaların müəyyən edilib azımi tədbirlər görülməsi zərurəti yaranıb

Zəlzələdən sonra risqli binaların müəyyən edilib azımi tədbirlər görülməsi zərurəti yaranıb


Bu gün səhər saatlarında paytaxt daxil olmaqla respublikanın əksər bölgələrində baş vermiş zəlzələ yenidən hündürmərtəbəli yaşayış binalarının zəlzələyə davamlılıq məsələsini gündəmə gətirib. Bir çoxları haqlı olaraq tələb edir ki, Fövqəladə Hallar Nazirliyi hündürmərtəbəli yaşayış binalarının, xüsusilə risqli binaların zəlzələyə davamlılığnı yenidən yoxlamalıdır. Elə Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvü Tural Əfəndi də bu qənaətdədir.

Newscenter.az-ın xəbərinə görə, Tural Əfəndi deyib ki, zəlzələ keçən dəfə Xəzər dənizinin şimalında, bu dəfə isə Sumqayıta yaxın bir ərazidə baş verib. Onun sözlərinə görə, həm də bu dəfəki zəlzələ keçən dəfəkindən biraz daha güclü olub:

"Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən çox mərtəbəli yaşayış binalarında sorğu və araşdırma aparılması, risqli binaları müəyyən etməsi və lazımi tədbirlərin görülməsi zərurəti yaranıb. Bu gün 5.4 bal gücündə baş tutan zəlzələdən ciddi təsirlənən binalar, sabah mərkəzə daha yaxın 6-7 ballıq zəlzələdə dağıntılar ilə üzləşə bilər".

Anar Əliyev
Xəbəri paylaş