Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AAYDA-nın "Çağrı Mərkəzi"nə keçən ay 548 zəng daxil olub

AAYDA-nın "Çağrı Mərkəzi"nə keçən ay 548 zəng daxil olub


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Çağrı Mərkəzi”nə (0125997975) noyabr ayı ərzində 548 zəng daxil olub.

Newscenter.az-a Agentlikdən bildirilib ki, zəng edən vətəndaşların 243 nəfərinin müraciəti yerindəcə, 213 müraciət isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra vətəndaşa geri zəng edilməklə cavablandırılıb, 92 müraciət digər qurumlara yönləndirilib.

Bundan başqa, bölgələrdə leysan xarakterli yağıntılar və güclü külək zamanı yollarda baş vermiş problemlərlə bağlı 7 zəng qəbul olunaraq, dərhal agentliyin aidiyyəti rayonlar üzrə tabeli təşkilatlarına bu barədə məlumat verilib və qısa müddət ərzində sözügedən yollarda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti bərpa olunub.

R.Mehdiyeva
Xəbəri paylaş