Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baydenin oğlu vergidən yayınmaqda ittiham olunur

Baydenin oğlu vergidən yayınmaqda ittiham olunur


Birləşmiş Ştatların prezidenti Co Baydenin oğlu Hunter Bayden doqquz növ üzrə vergidən yayınmaqda ittiham olunur.

Newscenter.az TASS-a istinadən bildirir ki, Kaliforniyanın Mərkəzi Dairə Məhkəməsinə bununla bağlı artıq ittiham aktı da daxil olub.

Oğul Bayden vergidən yayınmaqla yanaşı, həm də saxta vergi bəyannamələri verməkdə ittiham olunur. Məlumata görəŞ ittiham aktında söhbət 2016-2019-cu illər arasında ən azı 1,4 milyon dollar məbləğində federal vergilərin ödənilməməsindən gedir.

İttiham aktında qeyd edilir ki, 2016-cı ildən 2020-ci il oktyabrın 15-dək oğul Bayden bu pulu narkotik vasitələrə, müşayiət xidmətlərinə və qızlara, dəbdəbəli mehmanxanalara və kirayə evlərə, eksklüziv avtomobillərə, geyimlərə və digər şəxsi əşyalara, bir sözlə, vergilərini ödəməkdən başqa hər şeyə xərcləyib.

Qeyd edək ki, oğul Bayden haqqında müntəzəm olaraq müxtəlif cinayətlər üzrə ittihamlar irəli sürülür.

Anar TAĞIYEV
Xəbəri paylaş