Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biz qonşuyuq, istəsək də, istəməsək də birlikdə yaşamağa məhkumuq

Biz qonşuyuq, istəsək də, istəməsək də birlikdə yaşamağa məhkumuq


"Azərbaycan və Ermənistan arasında, münasibətlərin normallaşdırılması və sülh sazişinə nail olmaq niyyətinin təsdiqlənməsi barədə anlaşma tarixi hadisədir. Bu, təkcə iki xalqın yox, bütövlükdə regionun sülhsevər xalqlarının uzun illərdən bəri gözlədiyi mühüm xəbərdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. O bildirib ki, hər şey qarşılıqlı etimaddan başlayır:

"Əsirlərin qarşılıqlı şəkildə azad edilməsi, Ermənistanın COP 29-a ev sahibliyindən namizədliyini Azərbaycanın lehinə geri götürməsi, bu istiqamətdə atılmış olduqca əhəmiyyətli addımlardır. Təbii ki, bütün bunlar, xalqlarımızın barışığa, sülhə meylli olduqlarının göstəricisidir".

Deputat qeyd edib ki, uzun illər davam edən qarşıdurma, nifrət, müharibələr, hər iki xalqın taleyində dərin izlər buraxmışdır. İnsanlar artıq yorulublar və əbədi düşmənçiliyin heç kimə xeyir gətirməyəcəyənin fərqindədirlər. Eyni zamanda, vasitəçilik missiyası adı altında üçüncü qüvvələrin bölgədə sülhün yox, öz maraqlarından çıxış etmələri də faktdır:

"Biz qonşuyuq, istəsək də, istəməsək də birlikdə yaşamağa məhkumuq. Başa düşürəm, nə qədər ağrılı olsa belə, bundan sonra çalışmalıyıq ki, düşmənçilik səhifələrini bağlayaq. Münasibətləri yeni müstəviyə çıxaraq. Bir daha qan tökülməsin. Anlaşmanı son dərəcə əhəmiyyətli, müsbət hadisə olaraq dəyərləndirirəm, alqışlayıram".

Anar Əliyev
Xəbəri paylaş